1860-cı ildə Almaniyada tapılan Archaeopteryx adlandırılan quş fosili dövrümüzün quşlarından fərqlənən bəzi özünəməxsus xüsusiyyətlər daşıyırdı. Ağzındakı dişlər, qanadlarındakı pəncələr və uzun quyruğu darvinistlər tərəfindən spekulyasiya kimi istifadə edildi və quş heç bir elmi əsas olmamasına baxmayaraq, dərhal sürünənlərə bənzədilərək sürünən quş ara fosili kimi təqdim edildi.
Lakin bu iddia da böyük yalan idi.
Archaeopteryx-in darvinistlər tərəfindən saxta ara keçid forma kimi əfsanəyə çevrilməsindən bir müddət sonra fosil sümükləri hərtərəfli şəkildə tədqiq edildi və bu canlının sürünəndən quşa xəyali keçidi göstərən ibtidai quş olmadığı, əksinə, skelet və tük quruluşunun uçuş üçün olduqca əlverişli olduğu, sürünənlərə bənzədilən xüsusiyyətlərin tarixən yaşamış və hətta dövrümüzdə yaşayan digər bəzi quşlarda da mövcud olduğu üzə çıxdı. Darvinizm tərəfdarı “Science” jurnalı bu həqiqəti açıq şəkildə dilə gətirmişdi:
Archaeopteryx yəqin ki, ilk quşlarla bağlı tüklərin və uçuşun ən qədim mənşəyi ilə bağlı çox şey deyə bilməz, çünki Archaeopteryx, sözün əsl mənasında, bir quşdur.
Archaeopteryx fərqli canlı növlərinin xüsusiyyətlərini daşıyan mozaik canlıdır. Mozaik canlılar elm adamları tərəfindən mürəkkəb quruluşları ilə diqqət cəlb edən və bir neçə növün fərqli xüsusiyyətlərini ehtiva edən canlılar kimi tərif edilir. Darvinistlərin Archaeopteryx-dən istifadə edərək yalan uydurmalarının səbəbi də bu fosilin mozaik canlıya aid olmasından irəli glir. Əslində, mozaik canlılar da dövrümüzdəki bütün digər canlılar kimi mürəkkəb xüsusiyyət daşıyan yaradılış nümunələridir. Fransız biofizik, təkamülçü Pier Lekont du Nuy bu məsələ ilə bağlı bu etirafı edir:
Müstəsnalıq təşkil edən Archaeopteryx-i əsl ara forma kimi dəyərləndirmək hüququna malik deyilik. Ara forma deyərkən sürünənlərlə quşlar kimi siniflər və ya daha kiçik qruplar arasındakı lazımi keçid mərhələlərini nəzərdə tuturuq. İki fərqli qrupa aid xüsusiyyətlər nümayiş etdirən bir heyvan, əgər üzərində keçidə dair mərhələlər tapılmamışdırsa və keçidə dair mexanizmlər hələ də məlum deyilsə, əsl ara form kimi qəbul edilə bilməz.
Darvinistlər arasında bu cür etiraf edənlərin sayı, əslində, olduqca çoxdur. Sıçrayışlı təkamül yalanını ortaya ataraq gündəmə gələn XX əsrin ən tanınmış darvinistlərindən S.C.Quld və Niles Eldric də Archaeopteryx-in ara forma kimi qəbul edilməməsində həmfikirdirlər. C.Uels: “Dünyanın ən gözəl fosili Ernst Mayrın sürünənlərlə quşlar arasında az qala ən mükəmməl əlaqə olduğu dediyi nümunə səssizcə aradan götürüldü və itmiş halqaların araşdırılması Archaeopteryx heç tapılmamış kimi davam edir”, deyə bildirərkən bu fosilin təkamülə dəlil olmadığını elmi kütlələrin açıq şəkildə qəbul etdiyini dilə gətirir. Lakin maraqlıdır ki, darvinist elm adamları tərəfindən açıq şəkildə etiraf edilməsinə baxmayaraq, darvinist KİV-lərdə
Archaeopteryx fosili hələ də ara forma kimi tanıdılmağa çalışılır. C.Uels bunu belə izah edir:
Bəzi biologiya dərslikləri Archaeopteryx-i itmiş halqanın klassik nümunəsi kimi göstərməyə davam edir. Maderin 1998-ci ildə nəşr olunmuş “Biology” kitabı onu sürünənlərlə quşlar arasındakı keçid əlaqəsi kimi göstərir. Uilyam Şrayer və Herbert Stoltzenin “Biology: The Study of Life” (Biologiya: həyatın öyrənilməsi) kitabının 1999-cu il nəşrində də şagirdlərə bir çox elm adamının onun sürünənlərlə quşlar arasındakı təkamül əlaqəsini təmsil etdiyinə inandığı deyilir.
Şübhəsiz, bu vəziyyət bu böyük saxtakarlığın hələ də davam etdirildiyindən irəli gəlir. Əllərində hər hansı ara keçid forma olmamasına baxmayaraq, darvinistlər nəzəriyyələrindən əl çəkmədiklərinə görə, uydurduqları saxta ara keçid formalarını qorumağa çalışırlar. Archaeopteryx-in saxtakarlıqla hələ də gündəmdə saxlanmağa çalışmalarının səbəbi də elə budur.