Hekelin rüşeym rəsmləri saxtakarlıqdır

Ernst Hekel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

Amma, əslində, məsələ başqa cür idi. Hekel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Əslində, Darvin bu kitabı yazmazdan əvvəl Hekelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi:

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü biabır olmuş və qınanmış görməliyəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə həmkar, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların da nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərdə və jurnallarda mənim qədər etdikləri saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən çəkilmiş formalar var.

Ancaq darvinistlərə əsasən, darvinizm ehkamının yaşaması üçün əldəki tək-tük saxta dəlillərdən birinin bu və ya digər şəkildə insanlara təkamülə dəlil kimi göstərilməli idi. Öz ağıllarına görə edilən saxtakarlıq və ya onun digər darvinistlər tərəfindən başa düşülməsi mühüm deyildi; darvinistlərə görə mühüm olan saxta da olsa, insanlara təkamülün dəlilini təqdim etmək idi.

Elə bu səbəbdən, saxtakarlığın başa düşülməsinə baxmayaraq, Darvin və onu dəstəkləyən bioloqlar Hekelin rəsmlərini istinad kimi qəbul etməkdə davam etdilər. Bu da Hekeli cəsarətləndirdi. Hekel sonrakı illərdə ardıcıl müqayisəli rüşeym şəkli də çəkdi. Balıq, salamandr, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırladı. Bu sxemlərdə diqqətçəkən cəhət bu fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi çox diqqətçəkən idi. Belə ki, insan rüşeyminin rəsmlərində eynilə balıqdakı kimi xəyali qəlsəmələr belə görünürdü. Hekel bu rəsmlərin verdiyi “elmi görünüş” ilə “rekapitulyasiya nəzəriyyəsini” elan etdi: ontogenezis filogenezisi təkrar edir. Bu şüarın mənası bu idi: Hekelin fikrinə əsasən, hər canlı yumurtasında və ya ana bətnində keçirdiyi inkişaf əsnasında öz növünün “təkamül tarixini” əvvəldən yaşayırdı. Bu saxta nəzəriyyəyə əsasən, insan rüşeymi ana bətnində əvvəlcə balığa bənzəyir, sonrakı həftələrdə salamandr, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra “təkamül keçirərək” insana çevrilirdi.

Əslində isə bu, böyük saxtakarlıqdır.

1990-cı ildə ingilis embrioloq Maykl Riçardson onurğalı rüşeymlərini mikroskop altında tədqiq etdi və onların Hekelin rəsmlərinə bənzəmədiyini müəyyən etdi. Riçardson və qrupu fəaliyyətlərinin ardınca 1997-ci il avqust ayında “Anatomy and Embryology” (Anatomiya və embriologiya) jurnalında rüşeymlərin həqiqi fotoşəkillərini dərc etdirdi. Göründüyünə görə, Hekel rəsmlərdə müxtəlif qəliblərdən istifadə etmiş və embrionların bir-birlərinə bənzəməsi üçün onların üzərində müxtəlif dəyişikliklər etmişdi. Rüşeymlərə xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, ölçüləri çox fərqli olan rüşeymləri eyni boyda göstərmişdi. Hekelin insan rüşeymində qəlsəmə kimi göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: onlar, əslində, insanın orta qulaq kanalının, paratiroidlərin və çəngələbənzər vəzin başlanğıcları idi. Rüşeymlər, əslində, bir-birlərinə heç bənzəmirdilər. Hekel çəkdiyi rəsmlərdə hər cür dəyişiklik etmişdi.

Uzun zaman saxta təkamül dəlili kimi gündəmdə tutulmağa çalışılan Hekelin rəsmləri 5 iyul 1997-ci il tarixli “Science” (Elm) jurnalında “Hekelin rüşeymləri: saxtakarlıq yenidən kəşf edildi” başlığı altında dərc edildikdə bu saxtakarlıq artıq bütün elm dünyasında qəbul edilmişdi. Bəhs edilən məqalədə bu məlumatlar verilmişdi:

Riçardson və qrupunun bildirdiyinə görə, Hekel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda, fərqli növləri bir-birinə oxşar göstərmək üçün ölçülərini də dəyişdirmiş, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə, Hekel fərqləri gizlətmək üçün növləri adlandırmaqdan çəkinmiş və bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox bənzəyən balıq növlərinin rüşeymlərində belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər mövcuddur. Riçardson: “(Hekelin rəsmləri) biologiyadakı ən böyük saxtakarlıqlardan biridir”, - deyir.

2000-ci il mart ayında Harvard Universitetindən təkamülçü paleontoloq S.C.Quld isə bəhs edilən saxtakarlıqdan çoxdan xəbəri olduğunu deyirdi. Amma dəccaliyyətin lazım bildiyi kimi səssiz qalmağı üstün tutmuşdu.96 Rəsmlərin saxtakarlıq olduğunun ictimaiyyət tərəfindən öyrənilməsindən sonra Quld bu rəsmlərdən hələ də istifadə edilməsinin akademik baxımdan cinayət olduğunu bildirir və belə deyirdi:

Məncə, müasir dərsliklərin əksəriyyətində olmasa da, böyük hissəsində bu rəsmlərin hələ də qoyulmasına icazə verən ağılsız geri qayıtma dövrünə görə həm təəccüblənməli, həm də utanmalıyıq.

Hekelin saxtakarlığı o qədər açıq və o qədər böyük idi ki, Hekel beş professor tərəfindən məsələ ilə bağlı saxtakarlıq etməsi ilə təqsirləndirildi və Cenadakı universitet məhkəməsi tərəfindən təqsirli elan edildi.

İngiltərə Təbiət Tarixi Muzeyindən Ser Qavin de Bier isə bu böyük elmi biabırçılığı bu sözlərlə ifadə edir:

Asan, nizamlı və inandırıcı, tənqidi tədqiqat aparılmadan geniş kütlələr tərəfindən qəbul edilmiş Hekelin “rekapitulyasiya nəzəriyyəsi” kimi bir çox nadir iddia elmə bu qədər böyük zərər vermişdir.

Hekelin bu saxta rəsmləri, əslində, darvinistlərin adına məqsədinə çatmışdır. Bu rəsmlərin elmi saxtakarlıq olduğu açıqlanmasına baxmayaraq, bəzi dairələr bu saxta rəsmləri həqiqi zənn edərək mənfi təsirlənmiş, elmi əsassızlığına baxmayaraq, təhsil müəssisələrində davam edən təhsil insanın canlılara ümumi baxışını mənfi istiqamətdə dəyişdirmişdir. Yaradılış Tədqiqat Cəmiyyəti (Creation Research Society) və Yaradılış Araşdırma İnstitutu (Institute of Creation Research) təşkilatlarının qurucusu Henri M. Morris bu vəziyyəti belə qiymətləndirmişdir:

Darvindən – və xüsusilə də Freyddən etibarən psixoloqlar insanın sadəcə təkamül keçirmiş bir heyvan olduğunu güman etmiş və davranış problemlərini heyvanı əsasdan dəyərləndirmişlər. İnsan problemləri ilə maraqlanarkən meymunlarla və digər heyvanlarla (hətta həşəratlarla) aparılan təcrübələr əsas götürülmüşdür.

Çox əvvəllər elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, rekapitulyasiya nəzəriyyəsinin acı meyvələri cəmiyyətdə bir çox sahədə yetişməyə başladı...


Elmi baxımdan biabırçılıq hesab edilən, bəzi təkamülçülər tərəfindən belə dəlil kimi təqdim edilməsi təəccüblə qarşılanan Hekelin saxta rəsmləri heyrətli də olsa, hələ də müxtəlif dərsliklərdə yerini qoruyur. Bu təəccüblü hal darvinizm yalanının hansı səviyyəyə çatdığını göstərir. Kaliforniya Universitetindən molekulyar bioloq C.Uels bu vəziyyəti belə açıqlayır:

Bir çox dərslikdə Hekelin rəsmlərinin çox az fərqlənən yeni versiyaları var. Peter Raven ve Corc Consonun “Biology” kitabının 1999-cu il nəşri buna bir misaldır...

Digər nümunə Sesi Star və Ralf Taqartın 1998-ci ildə nəşr edilmiş “The Unity and Diversity of Life” (Həyatın vahidliyi və müxtəlifliyi) kitabıdır. ... C.Quld və Uilyam Kitonun “Biological Science” (Biologiya elmi) adlı kitabının son nəşri isə bu ifadəyə yer verir: “Darvini təkamül fikrinə salan embrioloji həqiqət bir çox onurğalının rüşeymlərinin erkən inkişaf dövründə bir-birlərinə yaxından bənzəməsidir”. Burton Qutmanın 1999-cu il nəşrli “Biology” dərsliyi isə Hekelin rüşeym rəsmlərinin yenidən çəkilmiş versiyasını bu başlıq altında verir: “Bir heyvanın embrioloji inkişafı onun əcdadlarının formaları ilə bağlı ipucu verir”.

Hekelin saxta rəsmlərinin hələ də biologiya dərsliklərində sanki təkamülə dəlil kimi göstərilməsi, şübhəsiz, adi səhv deyil. Saxta olmalarına baxmayaraq, bu rəsmlər dərsliklərdə qəsdən verilir. Bunun, şübhəsiz, ən mühüm səbəbi sözügedən saxta rəsmlərin darvinizmin əsas cəhətinə, yəni insanın məsuliyyətsiz heyvan olması yalanına mühüm saxta dəlil təşkil etməsidir. C.Uels darvinist elm adamlarının qəsdən müdafiə etdikləri bu yalanla bağlı belə demişdir:

Hekelin rüşeymləri Darvin nəzəriyyəsi üçün o qədər güclü “dəlil” idi ki, o rüşeymlərin bir versiyası, demək olar ki, təkamüllə bağlı hər dərslikdə var. Buna baxmayaraq, bioloqlar Hekelin rəsmlərini uydurduğunu bir əsrdən çoxdur ki, bilirlər, onurğalıların rüşeymləri əsla onun göstərdiyi kimi oxşar deyillər. Habelə, Hekelin “ilk” adlandırdığı mərhələ, əslində, inkişafın orta mərhələsidir, onun qabarıq göstərdiyi bənzərliklərdən daha əvvəlki inkişaf mərhələlərində aydın fərqlər görünür. Bunu biologiya dərsliklərini oxuyaraq öyrənə bilməzsiniz: Darvinin “ən güclü birinci sinif dəlili” dəlilin bir nəzəriyyəyə uyğunlaşması üçün necə təhrif edilməsinin klassik nümunəsidir.

Dəccalın planlaşdırdığı yalanın saxta nəzəriyyəyə saxta dəlil kimi təqdim edilməsi və təsirsiz olması darvinistlərə qısamüddətli sevinc gətirsə də, əslində, bu darvinistlər üçün ümidsizliyin müjdəçisidir. Hekelin rəsmləri ilə insanlar qocaman elm adamının darvinizm uğrunda necə böyük saxtakarlıqlar edə biləcəyini gördülər. Bu nümunə ilə darvinizmin davamlı olaraq “yalana” ehtiyacı olması bir daha sübut edilmişdir. Təkamülçü elm adamlarının saxtakarlığa necə göz yumduqları açıq şəkildə göründü. Hekelin saxtakarlığı yaradılış qarşısında təkamül nəzəriyyəsinin dəccaliyyət sisteminin məhv olduğunun digər mühüm dəlilidir. XX əsrdə bu saxtakarlığın ifşası səssizliklə qarşılana bilər. Ancaq XXI əsr bu və bunun kimi saxtakarlıqların açıq şəkildə üzə çıxarıldığı və həqiqi elmi dəlillərin nümayiş etdirildiyi əsrdir. Saxtakarlıqlar üzə çıxarıldıqca və həqiqi elmi dəlillər gəldikcə darvinizmin süqutu da, şübhəsiz, daha aydın görünür.