Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya Muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.
Məşhur amerikalı paleontoloq H.F.Osbom da 1935-ci ildə Britaniya Muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, - deyirdi.
Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi.
1949-cu ildə isə Britaniya Muzeyinin paleontologiya bölməsindən Kennet Oakley yeni yaş müəyyən etmə üsulu olan “ftor testi” metodunu bəzi qədim fosillər üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də sınaq keçirildi. Keçirilən testdə Piltdaun adamının çənə sümüyünün tərkibində heç ftor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda ftor olan kəllə isə sadəcə bir neçə min illik olardı.
Ftor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərin isə süni şəkildə aşındırıldığı, fosillərin yanındakı ibtidai alətlərin də polad alətlərlə yonularaq düzəldilmiş kobud təqlid olduğu məlum oldu.
Veynerin həyata keçirdiyi ətraflı təhlillərlə bu saxtakarlıq 1953-cü ildə qəti şəkildə elan edildi. Kəllə sümüyü 500 il yaşa malik insana, çənə sümüyü də yeni ölmüş oranqutanqa aid idi! Dişlər insana aid olması təsəvvürünü vermək üçün sonradan xüsusi şəkildə əlavə edilmiş və düzülmüş, oynaq yerləri də yonulmuşdu. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün kalium-dikromat ilə ləkələnildirilmişdi. Bu ləkələr, sümüklər turşuya batırıldığında itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Qros Klark: "Dişlər üzərində köhnəlmə təəssüratının süni olaraq edildiyi o qədər aydındır ki, necə olub ki, bu izlər diqqətdən yayınmış ola bilər?" -deyərək təəccübünü gizlədə bilmirdi.
Bu həqiqəti elmi yazıçı Hank Haneqraaf belə söyləmişdi:
Marvin Lubenovun açıqlamalarına əsasən, alt çənədəki oranqutanq dişlərinin üzərindəki yonulma izləri açıq-aydın görünürdü. Azı dişləri səhv düzülmüş və iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi də iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi elə dərin yonulmuşdu ki, pulpanın qovuğu üzə çıxmış, sonra içi doldurulmuşdu.
Təkamülçü bioloq Keyt Stevard Tomson, Piltdaun adamı ilə bağlı bu böyük yalanı 1912-ci ildəki Piltdaun adamı saxtakarlığı bütün elmi saxtakarlıqların ən uğurlu və xainlərindən biri kimi şərh edirdi.
Bu təəccüblü və darvinistlər üçün utandırıcı kəşfin ardınca Piltdaun adamı 40 ildən çox müddət ərzində nümayiş etdirildiyi Britaniya Muzeyindən dərhal çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli getmişdi ki, bir süni fosil 40 il ərzində bütün elmi kütlələri və bəşəriyyəti aldatmışdı.
Şübhəsiz, bu, təkamül tarixinin ən böyük qara ləkələrindən biri kimi yerini tutacaqdı. Təkamülçü antropologiya professoru Pat Şipman bu böyük yalanın təsirini belə tərif edirdi:
Kəşfi 1912-ci ildə açıqlanan Piltdaun fosilləri bu qalıqların hiylə ilə yerləşdirilmiş, dəyişdirilmiş saxtakarlıq olduğunun başa düşülməsinə, yəni 1953-cü ilə qədər paleoantropologiyanın ən böyük beyinlərinin çoxunu aldatdı.
Jurnalist yazıçı və filosof Malkolm Maqqeric isə Piltdaun adamı fosili kimi saxtakarlıqlarla yaşadılmağa çalışılan darvinizmin bütün bəşəriyyəti saldığı vəziyyəti bu sözlərlə tərif edirdi:
Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq edildiyi sahələrin gələcəkdə tarix kitablarındakı ən böyük məzhəkə mövzularından biri olacağına inandım. Gələcək nəsillər olduqca zəif və şübhəli hipotezin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar...
Piltdaun saxtakarlığı öz ağıllarına görə yaradılış inancını zehinlərdən silmək, insanın təsadüfən, özbaşına, nəzarətsiz şəkildə meydana gəlməsi yalanına insanları inandırmaq üçün həyata keçirilmiş dəccali sistem olan masonluğun oyunudur. Lakin Allah`ın möhtəşəm yaratması və bənzərsiz əsərləri o qədər açıq və aydındır ki, dövrümüzdəki elmi səviyyə ilə bunları görməmək mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu səmərəsiz səyləri onu və tərəfdarlarını alçaldır, darvinizm yalanının böyük uğursuzluq olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah insanı necə yaratdığını ayələrdə xəbər vermiş və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq göstərir:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)