"Australopithecus-lar insanın əcdadıdır" iddiası saxtakarlıqdır

Darvinistlər üçün insanın təkamülü məsələsi həyati əhəmiyyət daşıyır. İllərlə insanlara insanın təkamül keçirmiş heyvan olduğunu təlqin etməyə çalışırlar. Bu yalanı yaşatmaq üçün var gücləri ilə səy göstərir, heç dayanmadan ən lazımsız məsələlərdə belə insanın heyvan əcdadlarının olması düşüncəsini yeritməyə çalışırlar. Bu mövzuda əl atdıqları yalanlar isə heyrətləndiricidir. Çox vaxt heç bir əlaqəsi olmayan fosil tapıntıları belə formadan-formaya salınaraq insanabənzər varlıq kimi göstərilməyə çalışılır. Belə ki, darvinistlər sonradan qabana aid olduğu başa düşülən bircə diş fosilindən nebraska adamını uydurmuş, bu xəyali insanabənzər məxluqun ailəsi ilə birlikdə sosial həyatını təsvir etməkdən çəkinməmişdilər. Bu təəccüblü cəhdin mühüm nümunələrindən biri də Australopithecus-ların insanın meymunabənzər əcdadı olduğuna dair uzun zaman davam etdirilən iddialardır.

Australopithecus-lar nəsli kəsilmiş meymun növüdür. “Cənub meymunu” mənasını verən bu canlılar darvinistlər tərəfindən insanların ilk meymunabənzər əcdadları kimi qəbul etdirilməyə çalışılır. Nəsli kəsilmiş olduqlarına görə, bütün digər nümunələrdə olduğu kimi, bu meymun növü də təkamülçülər tərəfindən fərziyyə məmulatına çevrilmişdir. Lakin darvinistlərin Australopithecus-lar haqqında uydurduqları ssenarilər digər bütün nümunələrdə olduğu kimi, yenə də yalana əsaslanır.

Australopithecus-ların ilk dəfə Afrikada 4 milyon il əvvəl üzə çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları hesab olunur. Burada xüsusi qeyd edilməli həqiqət isə Australopithecus-ların hamısının dövrümüzdəki həmnövlərinə bənzəyən nəsli kəsilmiş meymun olmasıdır. Hamısının beyin həcmi dövrümüzdəki şimpanzelərinki ilə eyni və ya onlarınkından daha kiçikdir. Dörd ayaqları üzərində yeriyirlər. Əllərində və ayaqlarında dövrümüzdəki meymunlardakı kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlardan yapışmaq üçün xüsusi quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə dövrümüzdəki meymunlardakı kimi erkək Australopithecus dişisindən daha böyükdür. Kəllələrindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, sivri azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.

Australoppithecus-lar meymun növü olmalarına baxmayaraq, darvinistlər tərəfindən iki ayaq üstündə gəzməyi bacaran canlılar kimi tərif edilir. Bu, yalandır, çünki Australopithecus-lar ilə bağlı əldə edilən fosillərdə bu fantastik ssenarini təsdiq edən bircə nümunə də yoxdur. Ona görə, bu canlılar haqqındakı təkamül ssenarisi heç bir elmi dəlilə əsaslanmır.

Darvinistlərə əsasən, Australopithecus cinsinin müxtəlif növləri tapılsa da, sadəcə Australopithecus afarensis (1974-cü ildə tapıldıqda dünyaya insanın təkamülünün sübutu kimi təqdim edilən “Lusi”nin təmsil etdiyi növ) insanın həqiqi əcdadı qəbul edilir. Lakin sözügedən canlının insanın əcdadı olmadığı darvinistlər tərəfindən də qəbul edilmişdir. Məşhur fransız darvinist elmi jurnalı “Science et Vie” 1999-cu il may sayında bu mövzunu üz qabığında əsas mövzu kimi dərc etmişdir. Australopithecus afarensis növünün ən mühüm fosil nümunəsi hesab edilən Lusidən bəhs edən jurnal “Adieu Lucy” (Əlvida, Lusi) başlığı altında Australopithecus növündən olan meymunların insan soyunun əcdadı olmadığını və bu canlıların nəsil ağacından çıxarılmasını yazmışdır.

Dünyada məşhur olan təkamülçü paleontoloq Riçard Likey də Lusinin təkamülə dəlil kimi heç bir əsasının olmadığını bu sözlərlə bildirir:

Lusinin (Australopithecus afarensis) bir piqme şimpanze qarışığından başqa bir şey olmadığı çox əzabverici və inkaredilməz dərəcədə qətidir. Meymundan insana keçidə dair fərz edilən dəlillər inandırıcılıqdan həddindən artıq uzaqdır.

Bütün bunlarla bərabər, Australopithecus-lar üzərindəki tədqiqatlar nəticəsində təkamülçü Lord Zukerman da Australopithecus-ların sadəcə adi meymun növü olduqları və əsla dik yerimədikləri nəticəsinə gəlmişdir.

Bu sahədəki tədqiqatları ilə məşhur olan digər təkamülçü anatomist Çarlz E. Oksnard da Australopithecus-ların skelet quruluşlarının dövrümüzdəki oranqutanqlarınkına bənzədiyini açıqlamışdır.70 1994-cü ildə İngiltərədəki Liverpul Universitetindən Fred Spur və qrupu Australopithecus-un skeleti ilə bağlı qəti nəticəyə gəlmək üçün ətraflı tədqiqat həyata keçirmişdir. Skeletlərdə bədənin yerə görə vəziyyətini müəyyən edən “ilbiz” adlı orqan üzərində tədqiqatlar aparılmışdır. Spur Australopithecus-un yerişinin insanlarınkına bənzəməməsi nəticəsinə gəlmişdir.

2000-ci ildə B.Q.Riçmond və D.S.Streyt adlı elm adamlarının həyata keçirdiyi və “Nature” (Təbiət) jurnalında dərc olunan bir tədqiqatda isə Australopithecus-ların qabaq ayaq sümükləri tədqiq edilmişdir. Müqayisəli anatomik tədqiqatlar bu növün dövrümüzdə yaşayan və 4 ayaq üstündə yeriyən meymunlarla eyni qabaq ayaq anatomiyasına malik olduğunu göstərmişdir.

Bütün bu dəlillər Australopithecus-ların bir meymun növündən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Belə ki, “Lusi” fosilini kəşf edənlər təkamülçü paleontoloq Donald Yohanson ve T.D.Vayt “Science” (Elm) jurnalına verdikləri açıqlamada bu mövzu ilə bağlı belə deyiblər:

Australopithecus fosilləri olduqca hərtərəfli tədqiq edildi: yeriş formaları, qulaqlarının quruluşu, dişlərinin inkişaf nümunələri, uzun və güclü qabaq ayaqlar, qısa arxa ayaqlar, ayaqlarının forması, kiçik beyinlər, meymuna çox bənzəyən kəllələri, çənələri və üzləri. Bunların hamısı Australopithecus-ların meymun olduğunu və insanla heç bir əlaqələrinin olmadığını göstərir. Lusini kəfş edən Donald Yohansonun özü belə bir müddət sonra Australopithecus africanus-un (Lusi) insanlarla heç bir əlaqəsi olmadığı nəticəsinə gəlmişdir.

Beləliklə, elmi cəhətdən aparılan fəaliyyətlər Australopithecus-ların insanın xəyali əcdadı olduğuna dair iddiaların hamısını təkzib etmişdir. Australopithecus-lar bir meymun növüdür və insanın əcdadı yaraşdırması yalnız darvinistlərin fantaziya və saxta nəzəriyyələri üçün istifadə etməyə çalışdıqları ssenaridir.